Bakı. 25 avqust. REPORT.AZ/ Pakistanda baş vermiş atışmada 6 nəfər ölüb, 2 nəfər yaralanıb.
"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbində baş verib.
Şahidlərin sözlərinə görə, naməlum şəxslər Bəlucistan əyalətində hərbi avtomobilə atəş açıblar.
Ölənlərin hərbçilər olduğu bildirilir.
Hadisəyə görə məsuliyyəti heç bir təşkilat üzərinə götürməyib.