Yuxarı

Pakistanda avtobusa hücumda şübhəli bilinən şəxslər həbs edilib

Pakistanda avtobusa hücumda şübhəli bilinən şəxslər həbs edilib
Bütün şübhəli şəxslər qadağan olunan qruplaşmanın üzvləridir

Bakı. 18 may. REPORT.AZ/ Pakistan polisi Karaçidə avtobusa edilən hücumda şübhəli bilinən 4 nəfəri həbs edib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hücum nəticəsində 45 nəfər həlak olub. 

İnsident Safura Qotx rayonunda baş verib. Hücum zamanı avtobusda təxminən 60 nəfər olub. Polisin məlumatına görə, 6-8 terrorçu avtobusa 3 motosikletdə yaxınlaşıb. Əvvəlcə onlar avtobusu bayırdan atəşə tutub, daha sonra içəri daxil olaraq, sərnişinləri güllələyib. Bundan sonra onlar qaçmağa müvəffəq olub. Hücuma görə məsuliyyəti pakistanlı taliblər öz üzərinə götürüb. 

Terror aktının istintaqı ilə bağlı yaradılan komissiyanın yüksək vəzifəli məmurunun sözlərinə görə, avtobus sərnişinlərinin qətlində şübhəli bilinən 4 nəfər saxlanılıb. 

O vurğulayıb ki, onların hamısı qadağan olunan qruplaşmanın yaraqlılarıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi