​Pakistanda anomal istilərin qurbanlarının sayı sutka ərzində 200 nəfərə çatıb

​Pakistanda anomal istilərin qurbanlarının sayı sutka ərzində 200 nəfərə çatıb Sind vilayətinin hakimiyyət orqanları dövlət xəstəxanalarında fövqəladə vəziyyətin tətbiq olunduğunu bildirib
Digər ölkələr
23 İyun , 2015 12:51
​Pakistanda anomal istilərin qurbanlarının sayı sutka ərzində 200 nəfərə çatıb

Bakı. 23 iyun. REPORT.AZ/ Pakistanın cənubunda davam edən anomal istilər nəticəsində azı 400 nəfər həyatını itirib. Bu barədə "Report" TASS agentliyinə istinadən xəbər verir.

"Ancaq ötən gün ərzində ən azı 200 nəfər həlak olub", - Hindistanın NDTV telekanalı Karaçi xəstəxanasının rəsmi nümayəndəsinin açıqlamasını yayımlayıb.

Ötən şənbə Sind əyalətinin inzibati mərkəzi və ölkənin ən böyük şəhəri olan Karaçidə ilin ən isti günü qeydə alınıb. Burada havanın temperaturu 45 dərəcəyə qədər yüksəlib. Ceykobabad, Larkana və Sukkur əyalətlərində temperatur, hətta 48 dərəcəyə çatıb.

Sind vilayətinin hakimiyyət orqanları dövlət xəstəxanalarında fövqəladə vəziyyətin tətbiq olunduğunu bildirib və məzuniyyətdə olan həkimləri geri çağırıb.

Son xəbərlər

Orphus sistemi