Yuxarı

Pakistanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var

​Pakistanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Pakistanda ağır yol qəzası olub.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə paytaxt İslamabadda qeydə alınıb.

Belə ki, 18 sərnişinin olduğu mikroavtobus idarəetmədən çıxaraq binanın divarına çırpılıb. Nəqliyyat vasitəsi qəzadan sonra yanmağa başlayıb. Hadisə zamanı 12 nəfər ölüb, daha 6 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.  

Qəzanın başvermə səbəbi açıqlanmır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi