Pakistanda 13 "talibançı" edam cəzasına məhkum edilib

Pakistanda 13 "talibançı" edam cəzasına məhkum edilib Bakı. 11 sentyabr. REPORT.AZ/ Pakistanda Taliban qruplaşmasının 13 üzvü edam cəzasına məhkum edilib.
Digər ölkələr
11 Sentyabr , 2018 03:39
Pakistanda 13 talibançı edam cəzasına məhkum edilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Pakistanda "Taliban" qruplaşmasının 13 üzvü edam cəzasına məhkum edilib.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Bildirilir ki, ordu komandanlığı məlumatı təsdiqləyib. Onlar ümumilikdə 202 nəfərin öldürülməsi ilə nəticələnən silahlı hücumlarda təqsirləndiriliblər. Öldürülənlər arasında dinc sakinlər də olub.

Məlumata görə, 13 "talibançı" son illər 150-dən çox dinc sakini qətlə yetirib. Onlar təhlükəsizlik qüvvələrinin əməkdaşlarına qarşı 50-dən çox hücum təşkil ediblər. Bu hücumlar nəticəsində daha 249 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi