Pakistan yaxın zamanlarda Əfqanıstanla sərhəddə hasar hörmək niyyətindədir

Pakistan yaxın zamanlarda Əfqanıstanla sərhəddə hasar hörmək niyyətindədir Bakı. 8 fevral. REPORT.AZ/ Pakistan hərbçiləri yaxın zamanlarda Bəlucistan vilayətinin Çaman şəhəri yaxınlığında Əfqanıstanla sərhəd boyunca hasar hörmək niyyətindədir.
Digər ölkələr
8 Fevral , 2018 14:27
Pakistan yaxın zamanlarda Əfqanıstanla sərhəddə hasar hörmək niyyətindədir
Dawn

Bakı. 8 fevral. REPORT.AZ/ Pakistan hərbçiləri yaxın zamanlarda Bəlucistan vilayətinin Çaman şəhəri yaxınlığında Əfqanıstanla sərhəd boyunca hasar hörmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı razılaşma Çaman şəhərində Pakistanda Sərhəd Qoşunları və ətraf kəndlərin Ağsaqqallar Şurasının nümayəndələri arasında aparılan danışıqlarda əldə edilib.

Bəlucistan Sərhəd Korpusunun komandiri Nadim Sohal bildirib ki, hasar tikiləmsi ilə əlaqədar bəzi sakinlər köçürüləcək və buna görə onlara müvafiq sənədləri təqdim etdikdən sonra təzminat veriləcək. Onun sözlərinə görə, sərhəd boyunca keçid məntəqələri quraşdırılacaq.

Qeyd edək ki, Əfqanıstan ilə sərhəddə hasar çəkilməsi barədə qərar Pakistana qonşu ölkələrin aralarında ekstremistlərin də ola biləcəyi vətəndaşlarının qanunsuz şəkildə sərhədi keçməsinin qarşısını almaq məqsədi ilə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi