​Pakistanda mədənin çökməsi nəticəsində 10-dan çox mədənçi ölüb

​Pakistanda mədənin çökməsi nəticəsində 10-dan çox mədənçi ölüb Hadisə nəticəsində daha iki nəfər yaralanıb
Digər ölkələr
5 Yanvar , 2015 03:00
​Pakistanda mədənin çökməsi nəticəsində 10-dan çox mədənçi ölüb
Bakı. 5 yanvar. REPORT.AZ/ Pakistanın şimal-qərbində mərmər mədəninin çökməsi nəticəsində ən azı 11 mədənçi həlak olub.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, hadisə nəticəsində daha iki nəfər yaralanıb.

İnsident şənbə günü, yanvarın 3-də qəbilələrin yaşadığı Momand adlı ərazidə baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, dağıntılar altında adam qala bilər. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Qəza bütün ölkə ərazisində məşhur olan ağ mərmərin çıxarıldığı Ziyarət dairəsindəki mədəndə baş verib.

Son xəbərlər

Orphus sistemi