Yuxarı

Perunun keçmiş Prezidenti 3 il müddətinə istintaq təcridxanasına göndərilib

Pablo Kuçinsk 3 il təcridxanada saxlanılacaq

Perunun keçmiş Prezidenti Pablo Kuçinsk ölkə paytaxtı Lima Şəhər Məhkəməsinin qərarı ilə 3 il müddətinə istintaq təcridxanasına göndərilib.

“Report” “dw”yə istinadən xəbər verir ki, məhkəmə məsələ ilə bağlı prokurorluğun vəsatətini təmin edib.

Keçmiş Prezident korrupsiya və çirkli pulların yuyulmasında şübhəli bilinir. 80 yaşlı keçmiş dövlət başçısı bu qalmaqal fonunda tutduğu vəzifəni tərk edib.

Qeyd edək ki, P.Kuçinski 2016-2018-ci illərdə Perunun Prezidenti olub.

Xatırladaq ki, Perunun keçmiş Prezidenti Alan Qarsiya da cari il aprelin 17-də özünü güllələyərək yaralamış və aldığı yaralardan xəstəxanada ölmüşdü.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi