Özbəkistanda prezident seçkiləri keçiriləcək

Özbəkistanda prezident seçkiləri keçiriləcək Özbəkistanın 4 siyasi partiyasının prezidentliyə iddialılarının namizədliyi qeydiyyata alınıb
Digər ölkələr
4 Dekabr , 2016 04:51
Özbəkistanda prezident seçkiləri keçiriləcək

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Özbəkistanda prezident seçkiləri kçiriləcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkə ərazisindəki bütün səsvermə məntəqələri yerli vaxtla səhər saat 06:00-dan axşam saat 20:00-a kimi seçicilərin üzünə açıq olacaq.

Qeyd edək ki, Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 2-də 78 yaşında dünyasını dəyişib. Onun səlahiyyətləri müvəqqəti olaraq parlamentin hər iki palatası tərəfindən Şavkat Mirziyoyevə tapşırılıb.

Bir çox mütəxəssislər hesab edir ki, məhz o prezident vəzifəsinə əsas iddiaçıdır. Ş.Mirziyoyevun namizədliyi Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb. 

Özbəkistanın 4 siyasi partiyasının prezidentliyə iddialılarının namizədliyi rəsmi qeydiyyata alınıb. 

Son xəbərlər

Orphus sistemi