Özbəkistanda koronavirusa yoluxmaların sayı 600-ü ötdü

Özbəkistanda koronavirusa yoluxmaların sayı 600-ü ötdü Mərkəzi Asiya ölkəsi olan Özbəkistanda koronavirus diaqnozu qoyulan insanların sayı artıb.
Digər ölkələr
10 Aprel , 2020 09:58
Özbəkistanda koronavirusa yoluxmaların sayı 600-ü ötdü

Mərkəzi Asiya ölkəsi olan Özbəkistanda koronavirus diaqnozu qoyulan insanların sayı artıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

“Aprelin 10-na olan məlumata görə, Özbəkistanda koronavirusa yoluxanların sayı 624 nəfər təşkil edir”, - nazirliyin “Telegram” kanalında bildirilib.

Yoluxma faktları stasionar şəraitdə karantin altında olan vətəndaşlarda qeydə alınıb.

Ötən gün ölkədə koronavirusa yoluxanların sayı 582 nəfər idi. 

Qeyd edək ki, Mərkəzi Asiya ölkəsi olan Özbəkistanda koronavirusa ilk yoluxma faktı martın 15-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 605 000-i ötüb. Bunların 356 925 nəfəri sağalıb, 95 751 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi