Yuxarı

Özbəkistan polisi ictimaiyyət qarşısında rüşvət almayacağına dair Qurana and içib

Özbəkistan polisi ictimaiyyət qarşısında rüşvət almayacağına dair Qurana and içib

Bakı. 9 dekabr. REPORT.AZ/ Özbəkistanın Daşkənd vilayətinin Yukoriçirçik rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları ictimaiyyət qarşısında rüşvət almayacaqlarına dair Qurana and içiblər.

Bu barədə "Report" "Azadlıq" radiosunun Özbəkistan üzrə bürosu "Radio Ozodlik"ə istinadən xəbər verir.

Beləliklə, Özbəkistanda prezident Şavkat Mirziyoyevun təsdiq etdiyi "Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Proqramı" yerinə yetirilir. Rayonun yerli milisinin sözlərinə görə, tədbirdə rayonun baş imamı da iştirak edib.

Ruhani və növbətçi hissənin inspektoru andiçmə mərasimini şərh etməkdən imtina edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi