Bakı. 21 aprel. REPORT.AZ/ 2014-cü ildə Ukraynanın şərqindəki silahlı münaqişə nəticəsində 6116 nəfər ölüb, 15 mindən çox insan müxtəlif dərəcədə xəsarət alıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda
Hesabata əsasən, 800 mindən çox ukraynalı ölkə xaricində sığınacaq almaq üçün müraciət edib.
Xəbərə görə, son həftə ərzində Ukraynanın şərqindən evlərini tərk edənlərin sayı 23,5 minə çatıb.
BMT ekspertləri Ukraynanın şərqində bir sıra sosial problemlərin olduğunu, o cümlədən, təqaüdlərin verilməsinin gecikdirilməsini, maliyyə çatışmazlığını, habelə bəzi rayonlarda elektrik təchizatında uzun fasilələrin yaranmasını, məktəblərin fəaliyyət göstərməməsini qeyd ediblər.