Orlandoda atışma nəticəsində bir nəfər ölüb

Orlandoda atışma nəticəsində bir nəfər ölüb Polis hadisə ilə əlaqədar araşdırmalara başlayıb
Digər ölkələr
17 Sentyabr , 2016 17:55
Orlandoda atışma nəticəsində bir nəfər ölüb

Bakı. 17 sentyabr. REPORT.AZ/ ABŞ-ın Florida ştatında baş verən atışma nəticəsində bir nəfər həlak olub, altı nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli "WFTV" telekanalı məlumat verib.

Hadisə Orlando şəhərində baş verib. Küçədə bilyar salonunun qarşısında təxminən 200 adam olub.

Polisin məlumatına görə, naməlum şəxs avtomobildən atəş açıb və sonra hadisə yerindən qaçıb.

Hadisə yerinə yaxın küçələrdə hərəkət dayandırılıb. Polis hadisə ilə əlaqədar araşdırmalara başlayıb. Hələlik hadisəni törədənlərin sayı, motivləri və kimlikləri barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi