İraqda keçirilən Yeni il şənliklərində 104 nəfər xəsarət alıb

İraqda keçirilən Yeni il şənliklərində 104 nəfər xəsarət alıb Bakı. 2 yanvar. REPORT.AZ/ İraqın müxtəlif yerlərində keçirilən Yeni il şənliklərində fişəng, digər pirotexniki vasitələrin və mərmilərin partlayışı zamanı 104 nəfər xəsarət alıb.
Digər ölkələr
2 Yanvar , 2019 00:57
İraqda keçirilən Yeni il şənliklərində 104 nəfər xəsarət alıb

Bakı. 2 yanvar. REPORT.AZ/ İraqın müxtəlif yerlərində keçirilən Yeni il şənliklərində fişəng, digər pirotexniki vasitələrin və mərmilərin partlayışı zamanı 104 nəfər xəsarət alıb.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Ölkənin Səhiyyə Nazirliyinin rəsmisi Seyf Bədir bildirib ki, onlardan 10-u mərmi partlayışları zamanı xəsarət alıblar. Daha 94 nəfər isə fişəng partlayışı zamanı xəsarət alıb.

Yaralıların 45-i paytaxt Bağdadda keçirilən mərasimlərdə xəsarət alıb. Nazirliyin rəsmisi yaralı sayının arta biləcəyini qeyd edib.

İraqda Yeni il şənlikləri zamanı istifadə edilən fişəng və mərmilər bir çox insanların yaralanmasına səbəb olur. 

Daha əvvəl məlum olub ki, ölkənin Bəsrə şəhərində içməli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi