Olland: Yunanıstanın avrozonadan xaric edilməsi məsələsi gündəmdə deyil

Olland: Yunanıstanın avrozonadan xaric edilməsi məsələsi gündəmdə deyil "Əyər Yunanıstan avrozonanı tərk etsə, Avropa kiçiləcək və inkişafdan qalacaq" - deyə Fransa lideri vurğulayıb
Digər ölkələr
12 İyul , 2015 20:30
Olland: Yunanıstanın avrozonadan xaric edilməsi məsələsi gündəmdə deyil

Bakı. 12 iyul. REPORT.AZ/ Fransa prezindenti Fransua Olland bəyan edib ki, Yunanıstanın avrozonaya üzvlüyünün müvəqqəti dayandırılmasına dair məsələ gündəlikdə yoxdur.

"Report" BBC-yə istinadən xəbər verir ki, Avrozona liderlərinin sammitində iştirak etmək üçün Parisdən yola düşmədən əvvəl jurnalistlərin suallarını cavablandıran F.Olland deyib ki, Grexit (Yunanıstanın Aİ-də xaric edilməsi - red.) mövzusu müzakirə predmeti olmayacaq.

"Əyər Yunanıstan avrozonanı tərk etsə, Avropa kiçiləcək və inkişafdan qalacaq" - deyə Olland vurğulayıb.

Qeyd edək ki, Aİ sammitində Yunanıstanın borcu ilə bağlı son qərar təsdiqlənməlidir.

Avrozona ölkələri Yunanıstana yeni maliyyə yardımının verilməsi və ya ölkənin avrozonadan xaric edilməsi barədə yekun qərar verməlidirlər.

Son xəbərlər

Orphus sistemi