​Oklahoma ştatında baş vermiş 4,3 bal gücündə zəlzələ nəticəsində evlər işıqsız qalıb

​Oklahoma ştatında baş vermiş 4,3 bal gücündə zəlzələ nəticəsində evlər işıqsız qalıb Zəlzələ nəticəsində ştata elektrik cərəyanının verilişi dayandırılıb
Digər ölkələr
30 Dekabr , 2015 03:55
​Oklahoma ştatında baş vermiş 4,3 bal gücündə zəlzələ nəticəsində evlər işıqsız qalıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Amerikanın Oklahoma ştatında baş vermiş 4,3 bal gücündə zəlzələ nəticəsində ştata elektrik cərəyanının verilişi dayandırılıb.

Bu barədə"Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Zəlzələnin episentri Edmond şəhərindən 8 km aralıda, ştatın inzibati mərkəzi sayılan Oklahoma-Siti şəhərində yerləşib.

Yerli hakimiyyətin verdiyi məlumata görə, yeraltı təkanlar nəticəsində Edmondda 4 400-dək ev işıqsız qalıb. "Associated Press" şəhərdə enerji təchizatının tamamilə bərpa edildiyini qeyd edir. 

Son xəbərlər

Orphus sistemi