Yuxarı

“Ofeliya” qasırğası ikinci dərəcəyə qədər güclənib

Qasırğa ərazisində küləyin maksimum sürəti 160 km/saatı ötür

Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ-ın Qasırğa Xəbərdarlığı üzrə Milli Mərkəzi Atlantik okeanı üzərində formalaşan “Ofeliya” qasırğasının ikinci dərəcəyə qədər gücləndiyini bəyan edib.

“Report” xəbər verir ki, bu barədə idarənin saytına məlumat yerləşdirilib.

Bildirilir ki, hazırda qasırğa ərazisində küləyin maksimum sürəti 160 km/saatı ötməkdədir.

Mütəxəssislərin sözlərinə görə, “Ofeliya” Britaniya adalarına oktyabrın 16-sı günorta saatlarında çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi