Yuxarı

Odessada uşaq düşərgəsində baş vermiş yanğında ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB-2

Odessada uşaq düşərgəsində baş vermiş yanğında ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB-2

Həmçinin 3 uşaq itkin düşüb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Odessadakı uşaq düşərgəsində baş vermiş yanğında 3 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə Ukrayna polisi rəhbərinin Odessa vilayəti üzrə məsləhətçisi Ruslan Forostyak "faccebook"da xəbər verib.


***04:28

Odessadakı uşaq düşərgəsində baş vermiş yanğında 1 uşaq ölüb.

"Report"un xarici mediaya istinadən məlumatına görə, bir azyaşlının cəsədi tapılıb. 


***03:42

Odessada uşaq düşərgəsində yanğın olub.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı bir neçə uşaq xəsarət alıb. Həmçinin 3 uşaq itkin düşüb.

Qeyd olunur ki, Daça Kovalevskaya küçəsindəki "Viktoriya" Uşaq İdman-Sağlamlıq Mərkəzində yanğın yerli vaxtla saat 23:30-da başlayıb. Şahidlərin sözlərinə görə, yanğın siqnalı işə düşməyib. Tərbiyəçilər uşaqların təxliyyəsini cəld təşkil edə biliblər.

Yanğın vaxtı düşərgədə 150 uşaq olub. Hazırda yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar. Hadisə yerinə bir neçə təcili yardım maşını cəlb edilib.

Bildirilir ki, hadisə zamanı bir uşaq tüstüdən boğulub. Həkimlər ona tibbi yardım göstəriblər. Xəsarət alanlar barəsində əlavə məlumat yoxdur.

Üç uşaq yanan binanın pəncərəsindən tullanıb. Həkimlərin verdiyi xəbərə görə, onlar xəstəxanaya yerləşdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi