Yuxarı

Odessada kollecdə baş vermiş yanğında ölənlərin sayı 13-ə çatıb

Odessada kollecdə baş vermiş yanğında ölənlərin sayı 13-ə çatıb

Ukraynanın Odessa şəhərində kollecdə baş vermiş güclü yanğında ölənlərin sayı 13-ə çatıb.

“Report” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidmətinin mətbuat xidməti bildirib.

Qeyd edilir ki, xilasedicilər dağıntıların təmizlənməsi zamanı daha bir meyit aşkarlayıblar.

"Yanğın nəticəsində ümumilikdə 13 nəfər həlak olub", - xəbərdə deyilir.

Hazırda xəstəxanalarda yanğın zamanı xəsarət çalmış səkkiz nəfər müalicə olunur.

Ukrayna prezidenti Vladimir Zelenski Odessanın müvafiq orqanlarına yanğında zərər çəkənlərə kömək üçün bütün zəruri yardımları etməyi və faciənin başvermə şəraitini qısa zamanda aydınlaşdırmağı tapşırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi