Barak Obamanın Kubaya tarixi səfəri başlayır

Barak Obamanın Kubaya tarixi səfəri başlayır Ağ Ev başçısının Kubanın əfsanəvi lideri Fidel Kastro ilə görüşü nəzərdə tutulmayıb
Digər ölkələr
20 Mart , 2016 09:39
Barak Obamanın Kubaya tarixi səfəri başlayır

Bakı. 20 mart. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama bu gün Kubaya səfər edəcək.

"Report"-un BBC-yə istinadən verdiyi xəbərə görə, Obama, adaya səfər edəcək ikinci ABŞ prezidenti olacaq. İlk dəfə Calvin Coolidge 1928-ci ildə Kubaya səfər etmişdi.

Obamanın Kubanın rəhbəri Raul Kastro ilə danışıqlar aparacağı və yerli televiziya ilə çıxış edəcəyi planlaşdırılıb.

Ağ Ev başçısının Kubanın əfsanəvi lideri Fidel Kastro ilə görüşü nəzərdə tutulmayıb.

Vaşinqton və Havana keçən ilin iyul ayında diplomatik münasibətləri bərpa ediblər və ABŞ 54 illik fasilədən sonra səyahət və ticarət qadağalarını aradan qaldırıb.

Son xəbərlər

Orphus sistemi