​Obama Ukraynaya silah tədarükünə imkan verən müdafiə büdcəsini imzalayıb

​Obama Ukraynaya silah tədarükünə imkan verən müdafiə büdcəsini imzalayıb Müdafiə büdcəsi 607 milyard dollar təşkil eidr
Digər ölkələr
26 Noyabr , 2015 04:54
​Obama Ukraynaya silah tədarükünə imkan verən müdafiə büdcəsini imzalayıb

Bakı. 26 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Konqres tərəfindən qəbul olunan 2016-cı il üçün müdafiə büdcəsini imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Ağ evin saytına yerləşdirilən bəyanatda bildirilir.

Müdafiə büdcəsi 607 milyard dollar təşkil edir. Obamanın veto qoyduğu ötən büdcədəki maddələrdən biri sənədin yeni versiyasındada da olduğu kimi qalıb. Məsələn, bu müdafiə büdcəsində Kubadakı Quantanamo həbsxanasının bağlanmasını çətinləşdirən tələblər saxlanılıb.

Qanunda Ağ ev zəruri bilərsə Ukraynaya 300 milyon dollar həcmində silah yardımının göstərilməsi mümkünlüyü öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi