Yuxarı

Obama son mətbuat konfransını yanvarın 18-də keçirəcək

O, yanvarın 20-də prezident postunu tərk edəcək
© Courtesy İmage

Bakı. 14 yanvar. REPORT.AZ/ Barak Obama prezident postunda son mətbuat konfransını yanvarın 18-də keçirəcək.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Obamanın mətbuat katibi Coş Ernest məlumat verib.

"Çərşənbə günü ABŞ prezidenti dövlət başçısı qismində son mətbuat konfransını burada, brifinq zalında keçirəcək", — deyə Ernest bildirib.

Obama yanvarın 20-də istefaya gedəcək, ölkənin yeni prezidenti noyabrda seçilmiş Donald Tramp olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi