​Obama Səudiyyə Ərəbistanının kralı ilə Yəməndəki vəziyyəti müzakirə edib

​Obama Səudiyyə Ərəbistanının kralı ilə Yəməndəki vəziyyəti müzakirə edib ABŞ prezidenti krallığın təhlükəsizliyi ilə bağlı Vaşinqtonun üzərinə götürdüyü öhdəliyi xüsusi olaraq qeyd edib
Digər ölkələr
28 Mart , 2015 10:56
​Obama Səudiyyə Ərəbistanının kralı ilə Yəməndəki vəziyyəti müzakirə edib

Bakı. 28 mart. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səudla telefonla danışıb. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

Danışıq zamanı tərəflər iki ölkə arasında "güclü dostluğ"un olduğunu vurğulayıblar. ABŞ prezidenti Yəmən prezidenti Abdurabbu Mansur Hadinin tələbi əsasında Səudiyyə Ərəbistanı, habelə Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası üzvlərinin Yəməndə başladıqları birgə hərbi hərəkatı ölkəsinin dəstəklədiyini vurğulayıb.

B.Obama Səudiyyə Ərəbistanının təhlükəsizliyi ilə bağlı Vaşinqtonun üzərinə götürdüyü öhdəliyi xüsusi olaraq qeyd edib.

Hər iki ölkənin lideri bildirib ki, Yəməndə davamlı sülhə nail olunması ortaq hədəflərdəndir. B.Obama və kral Salman Yəməndəki problemin həllinin siyasi danışıqlardan keçdiyini vurğulayıblar. BMT-nin təşəbbüsü və Körfəz Əməkdaşlıq Şurasının təklifi ilə ölkədəki bütün partiyalarla bu məsələ ətrafında müzakirə aparılıb. ABŞ prezidenti və Səudiyyə Ərəbistanı kralı da danışıqları dəstəklədiklərini deyiblər. 

Son xəbərlər

Orphus sistemi