Obama Rusiyanın Amerika diplomatlarını geri göndərməmək qərarına reaksiya verməyib

Obama Rusiyanın Amerika diplomatlarını geri göndərməmək qərarına reaksiya verməyib Ben Rods: "Prezident başqa dövlətlərlə mübahisələri şəxsi səviyyəyə keçirən insan deyil"
Digər ölkələr
18 Yanvar , 2017 02:49
Obama Rusiyanın Amerika diplomatlarını geri göndərməmək qərarına reaksiya verməyib

Bakı. 18 yanvar. REPORT.AZ/ "ABŞ prezidenti Barak Obama Vaşinqtonun analoji hərəkətlərinə cavab olaraq Rusiya Federasiyasının Amerika diplomatlarını göndərməmək qərarına heç vaxt reaksiya verməyib".

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" ABŞ prezidentinin köməkçisinin milli təhlükəsizlik üzrə müavini Ben Rods bildirib.

"Biz o addımı maraqlarımıza uyğun olaraq atdıq. Və prezident (Barak Obama - red) başqa dövlətlərlə mübahisələri şəxsi səviyyəyə keçirən insan deyil", - deyə o, xarici jurnalistlər üçün brifinqdə bildirib.

Rusiya Federasiyasının Vaşinqtona kiberhücumları haqqında danışan Rods bildirib ki, ABŞ-ın kəşfiyyat orqanlarında Amerika siyasi təşkilatlarının kompüter sistemlərinin qırılmalarının arxasında Rusiyanın dayanmasını sübut edən dəqiq sübutlar var.

ABŞ prezidenti Barak Obama dekabrın 16-da bildirib ki, bununla bağlı araşdırma ən yaxın həftələrdə - yəni onun səlahiyyətlərinin müddətinin sonuna qədər başa çatacaq. Ancaq dövlət başçısı qeyd edib ki, iş üzrə sübutlar məxfilik səbəbindən dərc edilməyəcək.

Son xəbərlər

Orphus sistemi