​Obama məzuniyyətini Atlantik okeanında adada keçirəcək

​Obama məzuniyyətini Atlantik okeanında adada keçirəcək ABŞ prezidenti avqustun 23-dək Martas-Vinyardda olacaq
Digər ölkələr
8 Avqust , 2015 07:20
​Obama məzuniyyətini Atlantik okeanında adada keçirəcək

Bakı. 8 Avqust. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama məzuniyyətini ailəsi ilə birlikdə Atlantik okeanının Massaçusets şatatı sahillərində yerləşən Martas-Vinyard adasında keçirəcək.

"Report" "ABCNews"a istinadən xəbər verir ki, prezident avqustun 8-dən 23-dək həyat yoldaşı Mişel, qızları Maliya və Saşa ilə sözügedən adada olacaq.

Qeyd olunur ki, bu məzuniyyət Obamanın adaya sayca altıncı səfəri olacaq. Dövlət başçısı ilə birlikdə milli təhlükəsizlik üzrə köməkçi Süzan Rays və Ağ evin böyük məsləhətçisi Valeri Carrett də Martas-Vinyarda yollanıb.

Son xəbərlər

Orphus sistemi