Obama: "Meksikaya narkokartellərlə mübarizədə yardım etməyə hazırıq"

Obama: "Meksikaya narkokartellərlə mübarizədə yardım etməyə hazırıq" Obama Meksikalı həmkarı Enrike Penyu Nyeto ilə Vaşinqtonda bir araya gəlib
Digər ölkələr
7 Yanvar , 2015 04:15
Obama: Meksikaya narkokartellərlə mübarizədə yardım etməyə hazırıq

Bakı. 7 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama qonşu Meksikaya narkokartellər ilə mübarizədə yardım etməyə hazır olduğunu bildirib.

"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, meksikalı həmkarı Enrike Penyu Nyeto ilə Vaşinqtonda bir araya gələn Obama təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb.

"Meksikanın dostu olmaq istəyirik və bu çərçivədə rəsmi Mexikonun narkomafiya ilə mübarizə kursuna ABŞ olaraq dəstək verməyə hazırıq. Ancaq son söz yenə də Meksika hökumətindədir", - deyən Ağ Ev başçısı, kartel üzvlərinin Meksikada dəfələrlə qanlı cinayətlərə imza atdığını xatırladıb.

Son xəbərlər

Orphus sistemi