​Obama Delhidə nüvə energetikasına dair saziş imzalayıb

​Obama Delhidə nüvə energetikasına dair saziş imzalayıb "Birləşmiş Ştatlar əldə olunan yeni razılaşmalardan razı qalıb"
Digər ölkələr
25 Yanvar , 2015 23:45
​Obama Delhidə nüvə energetikasına dair saziş imzalayıb

Bakı. 25 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama və Hindistanın baş naziri Narendra Modi Hindistanda dinc atom enerjisinin inkişafı sahəsində əməkdaşlıq haqqında razılıq əldə olunduğunu bəyan edib.

"Report" xəbər verir ki, şənbə günü Barak Obama baş nazir Modi ilə keçirdiyi birgə mətbuat konfransında Birləşmiş Ştatların əldə olunan yeni razılaşmalardan razı qaldığını bildirib.

Ağ ev rəhbərinin sözlərinə görə, bu gündən etibarən nüvə enerjisindən dinc istifadə sahəsində Amerika-Hindistan əməkdaşlığının kommersiya şərtləri əsasında inkişafı üçün imkanlar açılır.

Xatırladaq ki, iki ölkə arasında Hindistan üçün dinc nüvə tədqiqatları və işləmələrini inkişaf etdirmək imkanı açan prinsipial saziş 2008-ci ildə imzalanıb.

Qeyd edək ki, ABŞ prezidenti Hindistanda üç günlük rəsmi səfərdədir.

Son xəbərlər

Orphus sistemi