Bakı. 03 noyabr. REPORT.AZ/ ABŞ ordusuna bağlı hərbi ekspertlər Suriya münaqişəsinə bilavasitə cəlb olunmayacaq. "Report"un "Gazeta.Ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama deyib.
Ağ Ev başçısının sözlərinə görə, hərbi eksperlərin vəzifəsi terrorçu İŞİD qruplaşması ilə mübarizə apan yerli birliklərə "məsləhət, təlim və yardım" etməkdən ibarətdir.
Obama hesab edir ki, ABŞ-a məxsus quru qoşunları Suriyada İraqda olduğu kimi əməliyyatlar aparmamamalıdır, "çünkü bu, problemin həlli yolu deyil".