Bakı. 30 may. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Texas və Oklahoma ştatlarını təbii fəlakət zonası elan edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Ağ evin mətbuat xidməti məlumat yayıb.
Texas və Oklahoma ştatlarında güclü yağışların yağması nəticəsində baş verən daşqında ölənlərin sayı 28-ə çatıb.
Təbii fəlakətə məruz qalan ərazilərdə xilasetmə və təxliyyə işləri görülür.
Xilasedicilər itkin düşmüş adamların axtarışı ilə məşğuldur. Mindən çox ev qismən və ya tamamilə dağılıb.
Qeyd edək ki, Texasın cənub-şərqində yerləşən Uorton şəhərində Kolorado çayının səviyyəsi 10 metri keçib.
Təbii fəlakət nəticəsində dəyən ziyanın məbləğı hələ dəqiqləşdirilir.