Yuxarı

Obama ABŞ-da silah əleyhinə aksiya keçirənləri dəstəkləyib

Bakı. 25 mart. REPORT.AZ/ Birləşmiş Ştatların sabiq prezidenti Barak Obama ABŞ-da silah qanunvericiliyinin sərtləşdirilməsi uğrunda aksiya keçirənləri dəstəkləyib.

"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, Ağ Evin keçmiş rəhbəri bu barədə "Twitter"də yazıb.

"Mişel (Obamanın xanımı-red) və mən etiraz aksiyasına çıxan bütün gənclərdən ruhlanmışıq. Bu ruhda da davam edin. Siz bizi irəli aparırsınız. Heç kim dəyişiklik tələb edən milyonlarla səsi susdura bilməz", - deyə Obama yazıb.

Qeyd edək ki, dünən ABŞ-ın bir sıra şəhərlərində yüz minlərlə insan silah satışı əleüyhinə etiraz aksiyaları keçirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi