Nyukaslda sürücü avtomobili Ramazan bayramını qeyd edən insanların üzərinə sürüb - VİDEO

Nyukaslda sürücü avtomobili Ramazan bayramını qeyd edən insanların üzərinə sürüb - VİDEO Hadisə nəticəsində 5 nəfər xəsarət alıb
Digər ölkələr
25 İyun , 2017 13:47
Nyukaslda sürücü avtomobili Ramazan bayramını qeyd edən insanların üzərinə sürüb - VİDEO
Foto: Twitter

Bakı. 25 iyun. REPORT.AZ/ Britaniyanın Nyukasl şəhərində naməlum şəxsin avtomobili Ramazan bayramını qeyd edən insan kütləsinin üzərinə sürməsi nəticəsində 5 nəfər xəsarət alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Daily Star" nəşri yazıb.

Hadisə yerinə xilasedicilər, polis və "təcili yardım" əməkdaşları cəlb olunub. Sonuncular altı nəfərin xəsarət aldığını və onların arasında üç uşağın olduğunu bildiriblər.

Faktla bağlı 42 yaşlı qadın saxlanılıb.

Hüquq-mühafizə orqanları hadisənin terror aktı kimi qiymətləndirilmədiyini və araşdırma aparıldığını bildirib.

Son xəbərlər

Orphus sistemi