Yuxarı

Nyukaslda bıçaqlı şəxsin girov götürdüyü adamların hamısı azad edilib - YENİLƏNİB

Nyukaslda bıçaqlı şəxsin girov götürdüyü adamların hamısı azad edilib - YENİLƏNİB
Hadisə nəticəsində heç kim xəsarət almayıb
© BBC.com

Bakı. 9 iyun. REPORT.AZ/ Bıçaqla silahlanmış şəxsin girov götürdüyü adamların hamısı azad edilib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Britaniya polisindən bildiriblər.

Polisin məlumatına görə, indi mərkəzin binasında yalnız hücum edən şəxs qalır.

Polis baş verən hadisədə terror motivi görmür.


***12:53

Böyük Britaniyanın Nyukasl şəhərində bıçaqla silahlanmış şəxs bir neçə nəfəri girov götürüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə yerli polisdən bildiriblər.

Polisin məlumatına görə, girov götürülənlər şəhər məşğulluq mərkəzinin əməkdaşlarıdır.

Bıçaqlı şəxs Klifford stritdə yerləşən mərkəzin binasına yerli vaxtla səhər saat 8-də daxil olub. Hazırda polis onunla danışıqlar aparamağa çalışır.

Yaxınlıqdakı metro stansiyası bağlanıb, hadisə yerinin yaxınlığındakı yataqxanadan tələbələri təxliyyə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi