Bakı. 30 sentyabr. REPORT.AZ/ Nyu-Yorkun mərkəzindəki piyada keçidində sürücü furqonu insanların üzərinə sürüb.
"Report" "New York Daily News"a istinadən xəbər verir ki, insident Pensilvaniya vağzalının yanında baş verib.
Nəticədə 3 nəfər xəsarət alıb.
Qeyd olunur ki, avtomobilin sürücüsü hadisə yerindən qaçmayıb. Onun sözlərinə görə, qazın pedalı yerə qoyulan xalça səbəbindən pərçim olub.