Yuxarı

Nyu-Yorkda partlayış törətməkdə şübhəli bilinən şəxsin həyat yoldaşı Banqladeşdə saxlanılıb

Nyu-Yorkda partlayış törətməkdə şübhəli bilinən şəxsin həyat yoldaşı Banqladeşdə saxlanılıb

Bakı. 12 dekabr. RAPOR.AZ/ Banqladeş polisinin Terrorla mübarizə bölməsi dekabrın 11-də Nyu-Yorkun mərkəzində partlayış törətməkdə şübhəli bilinən Akayed Ullanın həyat yoldaşını saxlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Banqladeş polisinin nümayəndəsi Sayfulla İslam A.Ullanın həyat yoldaşı ilə yanaşı, iki ailə üzvünün saxlandığını söyləyib.

"Onların hər üçü dindirilmək üçün saxlanılıb", - S.İslam bildirib.

Qeyd edək ki, dekabrın 11-də Nyu-Yorkda yeraltı keçiddə partlayış baş verib. İlkin məlumatlara görə, şübhəli Akayed Ullanın bədəninə aşağı keyfiyyətli improvizə edilmiş partlayıcı qurğu bərkidilib və o, qəsdən bombanı aktivləşdirib. Nyu-Yorkun yanğınsöndürmə xidmətinin məlumatına görə, şübhəli yanıq və kəsik, yaxınlıqdakı digər üç nəfər isə yüngül bədən xəsarətləri alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi