Yuxarı

Nyu-Yorkda bir gündə 600-ə yaxın insan koronavirusdan öldü

​Nyu-Yorkda koronavirusa yoluxanların sayı 122 min nəfəri ötdü

807

ABŞ-ın Nyu-York ştatında bir gün ərzində koronavirus xəstələrinin sayı daha 600 nəfər artıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryü Kuomo bildirib.

O, qeyd edib ki, virusa yoluxanların sayı 113 704 nəfərdən 122 031 nəfərə yüksəlib.

"Qurbanların sayı 3 565-dən 4 159-a qədər artdı", - mətbuat konfransında Kuomo deyib. Ölənlərin sayı ilk dəfə əvvəlki günlə müqayisədə azalıb.

Qubernatorun sözlərinə görə, aprelin 2-də koronavirusdan 562 insan ölüb. Bundan bir gün sonra 630 nəfər, ayın 4-də isə 594 insan pandemiyanın qurbanı olub.

Nyu-York ştatı hazırda ABŞ-da epidemiyanın mərkəzidir. Şənbə günü bildirilib ki, ştatda xəstələrin sayı 113,7 min nəfərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi