Nyu-Yorkda inkassator maşınından 36 kq qızıl oğurluqda təqsirləndirilən şəxs saxlanılıb

Nyu-Yorkda inkassator maşınından 36 kq qızıl oğurluqda təqsirləndirilən şəxs saxlanılıb Hələlik oğurlanmış qızıl tapılmayıb
Digər ölkələr
21 Yanvar , 2017 17:31
Nyu-Yorkda inkassator maşınından 36 kq qızıl oğurluqda təqsirləndirilən şəxs saxlanılıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Ekvadorda Nyu-Yorkda zirehli inkassator maşınından içərisində 36 kq qızıl olan konteyneri oğurlamaqda təqsirləndirilən şəxs saxlanılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu konteynerdə olan qızılın dəyəri 1,6 milyon dollardır.

Hələlik oğurlanmış qızıl tapılmayıb.

53 yaşlı Xulio Nivelo Ekvadorun qərb hissəsində saxlanılıb. Ancaq onun vəkilləri cinayət zamanı X.Nivelonun ümumiyyətlə, ABŞ-da olmadığını iddia edir.

Qeyd edək ki, oğurluq hadisəsi ötən il sentyabrın 29-da Manhetten ən hərəkətli bölgələrindən olan Midtaunda baş verib. Videogörüntülərdən aydın görünür ki, inkassator maşını bir müddət nəzarətsiz qalıb və cinayətkarlara oğurluq hadisəsini törətmək üçün cəmi 20 saniyə bəs edib.

Son xəbərlər

Orphus sistemi