Nyu-Yorkda baş verən yanğınlar zamanı azı 20 yanğınsöndürən xəsarət alıb

Nyu-Yorkda baş verən yanğınlar zamanı azı 20 yanğınsöndürən xəsarət alıb Bakı. 17 iyun. REPORT.AZ/ Nyu-Yorkda, Steyn-Aylend ərazisində şənbə günü baş verən yanğınlar zamanı azı 20 yanğınsöndürən xəsarət alıb.
Digər ölkələr
17 İyun , 2018 08:28
Nyu-Yorkda baş verən yanğınlar zamanı azı 20 yanğınsöndürən xəsarət alıb

Bakı. 17 iyun. REPORT.AZ/ Nyu-Yorkda, Steyn-Aylend ərazisində şənbə günü baş verən yanğınlar zamanı azı 20 yanğınsöndürən xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə xidməti "Twitter"də məlumat yayıb.

Bildirilir ki, yanğınsöndürənlərdən 4-nün yarası ağırdır. Lakin onların həyatı üçün hər hansı təhlükə yoxdur. Daha 16 yanğınsöndürən isə yüngül xəsarət alıb.

ABC telekanalının yerli filialı bildirib ki, yanğınlar azı 5 binanı bürüyüb. Yanğınların səbəbi məlum deyil.

Alovun söndürülməsinə 250 yanğınsöndürən cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi