​Nyu York polisi uniformasında kamera daşıyacaq

​Nyu York polisi uniformasında kamera daşıyacaq Bu zərurət Ferqyuson hadisələrindən sonra gündəmə gəlib
Digər ölkələr
4 Dekabr , 2014 20:46
​Nyu York polisi uniformasında kamera daşıyacaq

Bakı. 4 dekabr. REPORT.AZ/ ABŞ-ın Nyu York şəhərində polis məmurları avtomobillərində olduğu kimi, üzərlərində də kamera daşıyacaqlar. "Report" xarici mətbuata istinadən xəbər verir ki, Nyu York Polis Şöbəsi (NYPD) belə bir qərar qəbul edib. Bu qərar polis əməkdaşları tərəfindən həbs olunduğu zaman ürək tutmasından vəfat edən Erik Qarner haqqında keçirilən məhkəmə prosesi zamanı açıqlanıb. Belə ki, polis məmurları uniformalarına taxacaqları kiçik kameraları iş başında olduqları müddətdə açıq saxlayacaqlar.

Qeyd edək ki, prezident Barak Obama da iki gün əvvəl ABŞ Konqresində çıxışı zamanı bildirib ki, növbəti 3 il ərzində ölkə daxilində 50 min polisin üzərində kameranın olması üçün büdcədən 263 milyon dollar əlavə vəsait ayrılmalıdır. Polisin üzərində kamera daşıması zəruriliyi xüsusilə Ferqyuson hadisələrindən sonra gündəmə gəlib.

Son xəbərlər

Orphus sistemi