Nyu-York metrosunda tavanın bir hissəsi uçub

Nyu-York metrosunda tavanın bir hissəsi uçub Hadisə zamanı bir qadın cüzi xəsarət alıb
Digər ölkələr
21 İyun , 2018 03:51
Nyu-York metrosunda tavanın bir hissəsi uçub

Bakı. 21 iyun. REPORT.AZ/ Nyu-York metrosunun Bruklin ərazisinə düşən "Boro-holl" stansiyasında tavanın bir hissəsi qismən uçub.

"Report" "CBS New York"a istinadən xəbər verir ki, konstruksiyanın bir hissəsi həmin vaxt platformada olan qadının çiyninə düşüb.

Qadın cüzi xəsarət alıb və tibbi yardımdan imtina edib.

Hazırda Manhetten istiqamətində gedən qatarlar stansiyada dayanmadan hərəkət edirlər.

Son xəbərlər

Orphus sistemi