Yuxarı

Nyu-Yorkun meri prezident seçkilərində iştirak etmək fikrindən daşınıb

Nyu-York meri prezident seçkilərində iştirak etməyəcək
© DREW ANGERER/GETTY IMAGES

ABŞ-ın Nyu-York şəhərinin meri Bill de Blasio Demokrat Partiyasından prezident seçkilərində namizəd olmaq üçün aparılan yarışdan çıxıb.

“Report” NBC telekanalına istinadən xəbər verir ki, mer apardığı dörd ay seçki kampaniyası müddətində bir çox rəy sorğularına görə, seçicilərin 1 faizi, bəzən daha da az hissəsi tərəfindən dəstəklənib.

“Mənə elə gəlir ki, seçkiyə hər şeyimi sərf etmişəm. Buna mənim vaxtımın olmadığı aşkardır. Odur ki, seçki kampaniyamı başa vururam”, - Bill de Blasio deyib.

Qeyd edək ki, Bill de Blasio Demokrat Partiyasından prezidentliyə namizəd olmaq istəyən sayca 24-cü şəxsdir. Partiyanın 2020-ci il seçkilərində namizədinin seçiləcəyi qurultayın gələn il iyulun 13-16-da Viskonsin ştatının Miluoki şəhərində keçiriləcəyi bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi