ABŞ-ın Nyu-Cersi ştatının Trenton şəhərində barda baş verən atışma nəticəsində 5-i qadın, 5-i kişi olmaqla 10 nəfər yaralanıb.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Trenton şəhər polis idarəsinin əməkdaşı Stefan Varn bildirib.
Yaralılardan birinin vəziyyəti ağırdır.
Silahlı hücumun səbəbi hələ ki bilinmir.