"NYT": ABŞ-ın təhlükəsizlik naziri istefaya getmək istəyib

"NYT": ABŞ-ın təhlükəsizlik naziri istefaya getmək istəyib Bakı. 11 may. REPORT.AZ/ ABŞ-ın təhlükəsizlik naziri Kirsten Nilsen çərşənbə günü vəzifəsindən istefa vermək niyyətində olub.
Digər ölkələr
11 May , 2018 03:45
NYT: ABŞ-ın təhlükəsizlik naziri istefaya getmək istəyib

Bakı. 11 may. REPORT.AZ/ ABŞ-ın təhlükəsizlik naziri Kirsten Nilsen çərşənbə günü vəzifəsindən istefa vermək niyyətində olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti administrasiyadakı xüsusi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, buna səbəb prezident Donald Trampın hökumət üzvləri arasında onu məzəmmət etməsi olub. Təhlükəsizlik naziri istefası ilə bağlı prezidentə məktub yazıb, amma sonradan onu dövlət başçısına göndərməyib. 

Qəzet xatırladıb ki, Nilson Ağ Ev Aparatının rəhbəri Con Kellinin havadarıdır.

Son xəbərlər

Orphus sistemi