"Nüsra cəbhəsi" terrorçuları Hələb şəhərinə hücuma keçiblər

"Nüsra cəbhəsi" terrorçuları Hələb şəhərinə hücuma keçiblər Terrorçular "Kastello" yolunun bir hissəsini nəzarət altına götürüblər
Digər ölkələr
20 Sentyabr , 2016 05:18
Nüsra cəbhəsi terrorçuları Hələb şəhərinə hücuma keçiblər

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Nüsra cəbhəsi" terror qruplaşmasının yaraqlıları bu gün səhər saatlarında Suriyanın Hələb şəhərinin Şeyx Maqsud məhəlləsi istiqamətində hücuma keçiblər.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Müharibə Tərəflərinin Barışdırılması Mərkəzi məlumat yayıb.

"Sentyabrın 20-si səhər təqribən 5 radələrində "Nüsra cəbhəsi" terrorçuları artilleriya atəşindən sonra Hələbin şimalındakı Muxaim-Xandratna rayonundan Şeyx Maqsud məhəlləsi istiqamətində hücuma keçiblər", - deyə məlumatda bildirilir.

"Terrorçular şiddətli döyüşlər nəticəsində hökumət qoşunları və könüllü dəstələri Əl-Şkeyf məhəlləsinin cənub dairəsindən çıxararaq, "Kastello" yolunun təqribən 1 km. uzunluğunda olan hissəsini müvəqqəti nəzarətləri altında götürməyə müvəffəq olublar", - deyə Mərkəz məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi