Yuxarı

Almaniyada musiqi festivalı terror təhlükəsi ilə əlaqədar dayandırılıb

Almaniyada musiqi festivalı terror təhlükəsi ilə əlaqədar dayandırılıb
Terror təhlükəsi ilə əlaqədar polis festivalı dayandırmağı təvsiyə edib - deyə bəyanatda bildirilir
© Courtesy İmage

Bakı. 2 iyun. REPORT.AZ/ Almaniyanın Nürnberq şəhərində "Rock am Ring" festivalının izləyiciləri terror aktı təhlükəsi ilə əlaqədar təxliyə edilib.

"Report"un məlumatına görə, bu barədə festivalın təşkilatçıları "facebook" sosial şəbəkəsində məlumat veriblər.

"Terror təhlükəsi ilə əlaqədar polis festivalı dayandırmağı tövsiyə edib. Biz bütün izləyiciləri festivalın keçirildiyi yeri tərk etməyə çağırırıq" – deyə bəyanatda bildirilir. 

Təşkilatçılar həmçinin qeyd ediblər ki, onlar polisin təhqiqatına dəstək verməlidirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi