Yuxarı

Nüfuzlu KİV və iş adamları Səudiyyə Ərəbistanındakı foruma qatılmaqdan imtina ediblər

Nüfuzlu KİV və iş adamları Səudiyyə Ərəbistanındakı foruma qatılmaqdan imtina ediblər

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bir çox nüfuzlu KİV və iş adamları bu il oktyabrın 23-25-də Səudiyyə Ərəbistanında keçiriləcək “Future İnvestment İnitiative” forumunda iştirakdan imtina ediblər.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, “J.P.Morgan” bankının baş icraçı direktoru Ceymi Daymon və “Ford Motor”un Direktorlar Şurasının sədri Bill Ford “səhra Davosu” adı ilə də məşhur olan böyük iqtisadi foruma gəlməyəcəklərini bildiriblər. Həmçinin CNBC, “Financial Times”, CNN, “The New York Times” kimi media qurumları da forumdakı nümayəndələrini geri çağırıb.

Bununla belə, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard və ABŞ-ın maliyyə naziri Steven Mnuçin qarşıdakı forumda iştirak edəcəklərini təsdiqləyiblər.

KİV-in yazdığına görə, “səhra Davosu” ərtafında yaranan belə bir vəziyyət “The Washington Post”un əməkdaşı, müxalifyönlü səudiyyəli jurnalisti Camal Xaşoginin (Qaşıqçı) Səudiyyə Ərəbistanının İstanbul baş konsulluğu binasına girdikdən sonra yoxa çıxması ilə əlaqədar Səudiyyə Ərəbistanı ilə ABŞ arasında yaranan gərginliklə bağlıdır. Bu günlərdə jurnalistin dindirilməsi və qətlə yetirilməsinin onun Apple Watch cihazına yazıldığı xəbəri yayılmışdı.

Qeyd edək ki, “Future İnvestment İnitiative” forumunda sentyabrın sonundakı məlumata əsasən, iş dünyasının 100-dan çox rəhbərinin iştirak edəcəyi təsdiqlənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi