Növbəti Krans Montana Forumu Mərakeşdə keçiriləcək

Növbəti Krans Montana Forumu Mərakeşdə keçiriləcək Forumda əsas diqqət Atlantik sahilində yerləşən Afrika ölkələrinin inkişafına ayrılacaq
Digər ölkələr
5 Yanvar , 2015 15:44
Növbəti Krans Montana Forumu Mərakeşdə keçiriləcək

Bakı. 5 yanvar. REPORT.AZ/ Növbəti Krans Montana Forumu (Crans Montana Forum) martın 12-14-də Daxlada  keçiriləcək. Mərakeşin Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, forum Mərakeş kralı IV Məhəmmədin hamiliyi altında baş tutacaq. 

Forum Afrikanın 2050-ci ilə qədər inkişafına həsr olunacaq. Xüsusi diqqət Atlantik sahilində yerləşən Afrika ölkələrinin inkişafına ayrılacaq. Bununla əlaqədar Daxlada "Atlantik Afrika Klubu" açılacaq. Klubun əsas məqsədi bu qitənin Atlantik sahili ölkələrinin iqtisadi və sosial inkişafına kömək etməkdir.

Xatırladaq ki, 2013-cü il iyunun 27-30-da Krans Montana Forumu Bakıda keçirilib. 

Son xəbərlər

Orphus sistemi