Fransa deputatları Notr-Dam kilsəsinin bərpası haqqında qanun layihəsini qəbul ediblər

Fransa deputatları Notr-Dam kilsəsinin bərpası haqqında qanun layihəsini qəbul ediblər Fransa Milli Məclisi (parlamentin aşağı palatası -red) ötən ay yanğından zərər çəkmiş Notr-Dam kilsəsinin bərpası haqqında qanun layihəsini bəyənib.
Digər ölkələr
11 May , 2019 05:53
Fransa deputatları Notr-Dam kilsəsinin bərpası haqqında qanun layihəsini qəbul ediblər

Fransa Milli Məclisi (parlamentin aşağı palatası -red) ötən ay yanğından zərər çəkmiş Notr-Dam kilsəsinin bərpası haqqında qanun layihəsini bəyənib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" bildirib.

Məlumata görə, qanun layihəsi 13 saatlıq müzakirədən sonra parlament üzvləri tərəfindən qəbul edilib. Bundan sonra o, Senatın mayın 27-də baş tutacaq müzakirəsinə göndəriləcək.

Qanun layihəsində xüsusi halda söhbət kilsənin təmirinə ianələr bağışlayacaq insanlara vergi güzəştlərinin edilməsindən gedir. Qanun layihəsi kilsənin təmirinə yığılmış vasitələrin xərclənməsi üçün nəzarət üzrə xüsusi komitənin yaradılmasını nəzərdə tutur.

Notr-Dam kilsəsində yanğın aprelin 15-də, axşam saatlarında baş verib. Yanğınsöndürənlər alovu yalnız növbəti gün tamamilə söndürməyə nail olublar.

Fransa paytaxtında yerləşən Notr-Dam kilsəsinin yanmasına qısa qapanmanın səbəb olduğu ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi