Yuxarı

"Notr-Dam-de-Pari" kilsəsində yanğın zamanı üç nəfər xəsarət alıb

Notr-Dam-de-Pari kilsəsində yanğın zamanı üç nəfər xəsarət alıb

Fransanın "Notr-Dam-de-Pari" kilsəsində baş vermiş yanğın zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, bu barədə Paris şəhər Yanğınsöndürmə Xidmətindən bildirilib. 

Məlumatda yaralananlardan ikisinin polis, bir nəfərin isə yanğınsöndürən olduğu qeyd olunub. Onların yanğının söndürülməsi zamanı xəsarət aldıqları və yaralarının yüngül olduğu da vurğulanıb. 

Xatırladaq ki, dünən "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

Qeyd edək ki, 10 saatdan çox davam edən yanğını gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı səviyyələrində aparılan təmir işləri səbəb olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi