Yuxarı
    Bağlamaq

    Norveçdə polis bölməsində partlayıcı qurğu aşkarlanıb

    Bakı. 7 dekabr. REPORT.AZ/ Norveçdə polis bölməsində partlayıcı qurğu aşkarlanıb.

    Bu barədə "Report" "Norway Today"ə istinadən xəbər verir.

    Məlumata görə, hadisə Akersxus quberniyasının Şi şəhərində baş verib. Bildirilir ki, növbətçi polis zabitləri poçt paketlərini yoxlayarkən onların arasında partlayıcı qurğu aşkarlayıblar.

    Hakimiyyət orqanları onun dağıdıcı gücü barədə heç nə deməyiblər. Lakin bildirilib ki, bomba insanlara xəsarət yetirmək gücündə olub.

    Əraziyə çağırılan minaaxtaranlar partlayıcı qurğunu zərərsizləşdiriblər. Hadisə zamanı heç kim xəsarət almayıb.

    Polis faktla bağlı cinayət işi başlayıb, şübhəli şəxsin axtarışı həyata keçirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi