Norveç İsveç, Norveç və Danimarkaya aviareysləri ləğv edib

Norveç İsveç, Norveç və Danimarkaya aviareysləri ləğv edib Buna səbəb pilotların işə çıxmamasıdır
Digər ölkələr
7 Mart , 2015 15:31
Norveç İsveç, Norveç və Danimarkaya aviareysləri ləğv edib

Bakı. 7 mart. REPOERT.AZ/ Norveçin "Norwegian" aviaşirkəti ("Norwegian Air Shuttle") İsveç, Norveç və qismən Danimarkaya bütün reysləri ləğv edib. Oslo, Stokholm və Kopenhagen arasında uçuşlar pilotların davam edən tətili səbəbindən bərpa olunmayacaq. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat üçün yaydığı açıqlamada deyilir. 

Aviaşirkətin məlumatına görə, bu səbəbdən 20 min sərnişin zərər görəcək, ümumiyətlə isə bir həftə öncə başlayan tətil "Norwegian" şirkətinin 100 mindən artıq sərnişinin planlarını dəyişdirib. 

Tətil fevralın 28-də başlayıb, 70 pilot işə çıxmayıb, daha sonra onlara daha 600 həmkarları qoşulub, bu da həmin gün 35 min sərnişinin planlarına təsir edib. 

Son xəbərlər

Orphus sistemi